Müsəlmanın könül dünyası
Sual № 1: Dünya mərifətullah məktəbidir. Bu məktəbin iki kitabı var. Kəlam kitabı hansıdır?
Sual № 2: "Yaradan Rəbbinin adı ilə oxu!" - hansı surənin ilk ayəsidir?
Sual № 3: "Suyun səmada təmizlənməsi kimi sən də Allah-Təalaya yaxınlaşaraq özünü bütün nəfsani kirlərdən təmizlə" ifadəsi kimə aiddir?
Sual № 4: Allaha üsyan edən Firon hansı dənizdə həlak edilmişdi?
Sual № 5: Allaha üsyan etdiyi üçün topal milçəklə həlak edilən hökmdar hansıdır?
Sual № 6: Hədis: "Bir millətdə zina və fahişəlik yayğın hal aldıqda və həmin millət bu günahı açıq-aşkar işləməyə başladıqda mütləq ........... xəstəliyi yayılar".
Sual № 7: Qurana görə, insanlar hansı vasitəyə minəndə Allaha dua edər, ondan uzaqlaşanda Allahı unudub şərik qoşarlar?
Sual № 8: Qaf surəsi, 16: "Biz ona ................... daha yaxınıq". Ayədəki boşluğu tamamlayın.
Sual № 9: Daima ehsan və ikram edib xeyir işlər görən müsəlmana nə deyilir?
Sual № 10: "Bu yoldan məqsəd daima Allah-Təalanın hüzurunda olduğumuzu idrak etməkdir" ifadəsi kimə aiddir?
Sual № 11: "Haqla məşğul olmayan qəlbi batil işğal edər" - ifadəsi kimə aiddir?
Sual № 12: Anlıq həzlər uğruna əbədi səadəti fəlakətə çevirmək, fani dünyanı əbədi cənnətə tərcih etmək nə adlanır?
Sual № 13: Aşağıdakılardan hansı biri "insan" kəlməsinin köklərindən biri kimi sadalanır?
Sual № 14: Cəfəri Sadiq həzrətlərindən soruşurlar, "duamız qəbul olmur, səbəbi nədir?" Nə cavab verir?
Sual № 15: Aşağıdakılardan hansı biri "bu dünyadakı nemətlər süfrəsinin sahibi olan Rəbbimiz" mənasını daşıyır?
Sual № 16: Qurani-Kərim hansı ayda nazil olub?
Sual № 17: Quran əxlaqı ilə əxlaqlanmağın, həmhal olmağın adı nədir?
Sual № 18: Həzrət Osman buyurur: "Əgər ... .... ... , Allahın kəlamından doymazdınız". Boşluğu doldurun.
Sual № 19: Hədis: "Quran oxuyun. Çünki Quran qiyamət günü onunla həmhal olanlara ....................". Boşluğu doldurun.
Sual № 20: Peyğəmbərimizin bütün bəşəriyyətə ən mükəmməl nümunə olması necə adlanır?
Sual № 21: "Heç bir imperator Hz. Muhamməd qədər sevgi və ehtiram görməmişdir" sözü hansı avropalı yazıçıya aiddir?
Sual № 22: Sultan qızı Gürcü Xatın rəssam Aynüddövləni kimin şəklini çəkməyə göndərmişdi?
Sual № 23: "Məhəbbətdən Muhamməd oldu hasil, Muhammədsiz məhəbbətdən nə hasil?" - misraları kimə aiddir?
Sual № 24: Abdullah bin Deyləminin dediyinə görə, dinin yox olması necə başlayacaq?
Sual № 25: Peyğəmbər: "Sizə iki əmanət qoyub gedirəm. Onlardan möhkəm yapışdığınız müddətcə yolunuzu azmazsınız..." sözünü harada deyib?
Sual № 26: İslamda comərdliyin zirvəsi, öz ehtiyacı ola-ola din qardaşını tərcih etmək fəziləti necə adlanır?
Sual № 27: Səhabələrdən Cabirin dediyinə görə, imkanı olduğu halda bunu etməyən səhabə yoxdur. Bu hansı əməldir?
Sual № 28: Həzrət Əlinin buyurduğuna görə, kimlər dünyada yoxsul kimi yaşayar, axirətdə zəngin kimi hesab verərlər?
Sual № 29: "Bu zəmanədə ən böyük kəramət ........................-dən möhkəm yapışıb əmr olunduğu kimi dümdüz olmaq, yəni istiqamət üzrə yaşaya bilməkdir". Boşluğu tamamlayın.
Sual № 30: Allah-Təalanı qəlbən tanıya bilmək sənəti hansıdır?
Sual № 31: "Mən yaşadığım müddətdə Quranın köləsiyəm. Muhamməd Muxtarın yolunun torpağıyam" sözləri kimə aiddir?
Sual № 32: "Bir adamın havada uçduğunu görsəniz, halı Kitab və Sünnəyə müvafiq deyilsə, bu (kəramət deyil), istidracdır" sözləri kimə aiddir?
Sual № 33: "Yaradan əvvəl çirki təmizləmək lazımdır. Çirk təmizlənmədikcə yaraya məlhəm qoymazlar. Qoyulsa da, heç bir faydası olmaz" sözləri kimə aiddir?
Sual № 34: "........................ bəndələrimin arasına daxil ol və cənnətimə gir!".
(əl-Fəcr, 29-30) Boşluğu tamamlayın.
Sual № 35: Abdullah Dəhləvi həzrətləri belə buyurur:
"Nəfsinin arzularına əsir olan adam Allaha necə .................... ola bilər?"
Boşluğu tamamlayın.
Sual № 36: "Ey bilgili insan, nəfsinin əsiri olma! Nəfsin səni əsir edərsə, fidyə olaraq dinini istəyər" sözləri kimə aiddir?
Sual № 37: "Nəfsini günahdan təmizləyən ...................... tapmışdır". (əş-Şəms, 9) Boşluğu tamamlayın.
Sual № 38: "Gecələr gündüz kimi olmadan heç bir sirr mənə ayan olunmadı" sözləri kimə aiddir?
Sual № 39: "........................ güvənmə! Çünki bütün ibadətlərimiz, əməl və xidmətlərimiz eynilə dualarımız kimi qəbula möhtacdır". Boşluğu tamamlayın.
Sual № 40: Şah Nəqşbənd həzrətləri buyurur:
"Hirs, qəflət və zorla, ..................... görülən bir işdə xeyir və bərəkət olmaz". Boşluğu tamamla.
Sual № 41: "Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl ......................................!". (əl-Əraf, 31) Boşluğu tamamla.
Sual № 42: "Ey iman gətirənlər, .................. .... ............................ sizi Allahı anmaqdan yayındırmasın! Kim bunu edərsə, onlar əsl ziyana uğrayanlardır". (əl-Münafiqun, 9) Boşluğu tamamla.
Sual № 43: "Allah-Təalanın sevdiyi bəndələrdən olmaq üçün hər zaman və məkanda ............................ şüuruna sahib olmağımız şərtdir". Boşluğu tamamla.
Sual № 44: "Ey iman gətirənlər! Səbir edərək və ............... .................. (Allahdan) kömək istəyin!.." (əl-Bəqərə, 153) Boşluğu tamamla.
Sual № 45: Canı, malı, övladı, bütün varlığı ilə ən ağır sınaqlardan çıxaraq "xəlilullah", yəni Allahın dostu olduğunu sübut edən kimdir?
Sual № 46: Hansı söz mənlikdən və eqoizmdən sıyrılıb paklanmağı ifadə edir?
Sual № 47: Mövlanaya görə ayın nura qərq olmasının səbəbi nədir?
Sual № 48: Hədisi tamamlayın: "Həqiqi səbir fəlakətin .......".
Sual № 49: "Səbir üzünü turşutmadan acını içə bilməkdir" ifadəsi kimə aiddir?
Sual № 50: Allaha və onun peyğəmbərinə qarşı gələn Qarun necə həlak olmuşdur?
Sual № 51: Batini elmin ən böyük vasitəsi nədir?
Sual № 52: İnsan qəlbindən çıxan və gözlə görmədiyimiz müsbət şüalara "feyz" və "ruhaniyyət" deyirik. Mənfi olana nə deyirik?
Sual № 53: Aliyə İzzətbeqoviçin bu sözünü tamamlayın: "Döyüşdə uduzmaq hərb meydanında yenilməklə deyil, ...... gerçəkləşir".
Sual № 54: Abdulxaliq Gücdüvani həzrətlərinə qonaq olan Xızır əleyhissalamın onun təklif etdiyi yeməyi yeməməsinə səbəb nə olmuşdur?
Sual № 55: Pulun halallıq dərəcəsini necə bilmək olar?
Sual № 56: Fudayl bin İyaz həzrətlərinin bu sözünü tamamlayın: "Qeybətin girdiyi yerdən ..... uzaqlaşar".
Sual № 57: "Allah sizi bu dünyaya təmiz gətirdi, siz də Onun hüzuruna kirlənərək getməyin!" sözü kimə aiddir?
Sual № 58: Allahın günahları örtən mənasına gələn adı hansıdır?
Sual № 59: Qurani-Kərimdə 34 dəfə adı çəkilən şəxs kimdir?
Sual № 60: Bu ifadələrdən hansı biri geyimlə bağlı hədisi-şərifdə yer alır?
Sual № 61: "Ey Əncəşə, diqqətli ol, şüşələr qırılmasın!" təlimatında şüşələrdən məqsəd nədir?
Sual № 62: Hədisi tamamlayın: "Dünyanın ən xeyirli varlığı ..........."
Sual № 63: Bəhaəddin Nəqşbənd həzrətləri qəbrinə ziyarətə gələnlərə əvvəlcə kimin qəbrini ziyarət etmələrini vəsiyyət etmişdir?
Sual № 64: İmam Əzəm həzrətləri hansı hökmdar tərəfindən zindana atılmışdır?
Sual № 65: Hz. Peyğəmbər dinin üçdəbirini kimdən öyrənməyi tövsiyə etmişdir?
Sual № 66: Quranda yer alan "yovmul-fəsl" sözü nə mənaya gəlir?
Sual № 67: Qurani-Kərimdə yer alan "amilətun-nasibəh" sözü hansı mənada işlənir?
Sual № 68: Abdullah bin Məsud (r.a) "Elmin onda doqquzu getdi" sözünü kimin vəfatının ardından söyləmişdir?
Sual № 69: İslamın ən gözəl təbliğ üsulu nədir?
Sual № 70: "Sonra o gün ........ ......... mütləq sorğu-sual olunacaqsınız!" ayəsində boşluğu tamamlayın.
Sual № 71: Ən gözəl infaq hansıdır?
Sual № 72: Hədisi-şərifdə buyrulduğu üzrə aralarında saleh insanlar olsa da insanların həlaka sürüklənməsinə səbəb olan günahlar hansılardır?
Sual № 73: "Allah qulunun əməlsiz sözündən razı olmaz" sözü kimə aiddir?
Sual № 74: "İnsanları islah edə bilmək üçün əvvəlcə özümüzü islah etməliyik" sözü kimə aiddir?
Sual № 75: Muhamməd Həmidullahın ifadə etdiyi kimi, Qərb cəmiyyətində insanları İslamı qəbul etməyə sövq edən amil nədir?
Sual № 76: "İslamın mayası və ruhu etiqadda tövhid, əməldə isə ..... və .....dir" ifadəsində boşluqları doldurun.
Sual № 77: Mövlana həzrətləri buyurur: "İnsanın necə güldüyündən ......, nəyə güldüyündən də ...... səviyyəsini başa düşərəm" cümləsindəki boşluqları müvafiq sıraya görə doldur.
Sual № 78: Şeyx Sədi buyurur: "Quran və hədislə susdura bilmədiyin cahilə verəcəyin ən gözəl cavab .......". Boşluğu tamamlayın.
Sual № 79: Zeyd bin Sabit buyurur: "Qəlbini dilinə hakim etməyən adamda ..... olmaz". Boşluğu tamamlayın.
Sual № 80: "Ey iman gətirənlər! Əgər Allaha (Allahın dininə) yardım etsəniz, ...... sizə yardım edər və mövqeyinizi möhkəmləndirər" ayəsindəki boşluğu doldurun.