OXU və QAZAN IV
21.12.2020 2242

"Oxu və Qazan IV" yarışma kitabı texniki səbəblərdən dolayı Yunis Hüseynovun "QARABAĞ" əsəri ilə dəyişdirilmişdir....

Light UP Training Platform olaraq, “Oxu və Qazan IV” kitab oxuma müsabiqəsinə strat veririk. Siz “Qarabağ” kitabını oxumaqla aşağıdakı hədiyyələri qazana biləcəksiz:

  • I yer 400 manat
  • II yer 300 manat
  • III 200 manat
  • İlk 50 iştirakçıya kitab hədiyyələri

Necə iştirak edəcəksiz?

Saytda öz hesabınıza daxil olursunuz, “Oxu və Qazan IV” imtahanına yazılırsınız, “Qarabağ” kitabının PDF faylını aşağıdakı linkdən (http://bit.ly/YH_Qarabag) endirib oxuyub imtahana hazırlaşırsınız.

Bir yeri birdən çox yarışmacı qazanacağı halda onlar arasında əlavə sullarla həmin yerin qalibi müəyyən olunacaq.

Sual sayı 80 olaraq nəzərdə tutulub. İmtahanın müddəti 40 dəqiqədir. Suallar arasında keçid eləmək, əvvəlki suallara qayıtmaq mümkün deyil.

İmtahan tarixi 24 yanvar 2021 Saat 20:00

İmtahana buradan yazıla bilərsiniz.

Müvəffəqiyyətlər